4 yanvar 2012 12:38
Araz Abdullayev: Panioniosdakı şərait məni qane edir
Yunanıstan Superliqasında debüt edən Araz Abdullayev bu haqda təəssüratlarını bölüşüb. Azerisport.az xəbər verir ki, "Neftçi"nin yetirməsi klubun rəsmi saytına bunları bildirib:
"Dekabrın 28-dən "Panionios"un düşərgəsindəyəm. "Neftçi"də futbolçular qış fasiləsinə çıxıb istirahət edirlər, mən isə istirahət etmədən Yunanıstan klubuna keçdim. Yorğun olmağıma baxmayaraq, qısa bir müddətdə müqavilə bağlamaqla yanaşı, özümü doğrultmalıydım. Bakıda olarkən "Neftçi"nin prezidenti Sadıq Sadıqov məni qəbul edərkən "sən tək "Neftçi"ni yox, bütün Azərbaycanı təmsil edəcəksən, bunu heç zaman unutma" - deyə tövsiyə etdi. Qısa bir müddətdə Yunanıstan çempionatında debüt etdiyim üçün yaradılan şəraitə görə Sadıq müəllimə, "Panionios" klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Buradakı şərait məni tam qane edir. Çalışacağam ki, özümü yalnız yaxşı tərəfdən göstərib xalqımızı sevindirim"
