4 yanvar 2012 00:37
Neftçinin hücumçusu üçün üç müştəri var
“Neftçi”nin hücumçusu Emil Mpenza karyerasını Belçika “Standart”ında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə belçikalı jurnalistlər məlumat yayıblar.
Məlum olduğu kimi, bu futbolçu karyerasını öz vətənində davam etdirməyin əleyhinə deyil. Onu heyətində qatmaqda ən çox iddialı olan klublar arasında isə məhz “Standart” göstərilir.
Ljey klubu ilə yanaşı Mpenzaya “Kortreyk” və “Muskron” da maraq göstərir. “Neftçi”nin forvardının vaxtilə bu klubların hər birində çıxış etdiyini də vurğulayaq.
