4 yanvar 2012 00:48
Stoykoviç XL-la bağlı xəbərlərə münasibətini açıqladı
Futbol üzrə Serbiya yığmasının və “Partizan”ın qapıçısı Vladimir Stoykoviç “Xəzər Lənkəran”a transfer olunacağına dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən Azərbaycana gedəcəm? Bu, axmaqlıqdı. Mənim “Partizan”la hələ iki illik müqaviləm var. Hazırda ancaq bu klubun uğurları barədə düşünürəm”.
“Mən Azərbaycana gedəcəm? Bu, axmaqlıqdı. Mənim “Partizan”la hələ iki illik müqaviləm var. Hazırda ancaq bu klubun uğurları barədə düşünürəm”.
Qeyd edək ki, Stoykoviçin cənub təmsilçisinə transferi haqda xəbərləri millimizin də şərəfini qoruyan serb əsilli hücumçu Branimir Subaşiç yaymışdı. O, “Xəzər Lənkəran” rəhbərliyinin bu transferdə maraqlı olduğunu dilə gətirmişdi.
