5 yanvar 2012 02:08
Sabiq Xəzər Lənkəranlı özünə iş yeri tapdı
“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Radomir Todorov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli cinah müdafiəçisi bundan sonrakı “Svetkavitsa”da davam etdirəcək.
Belə ki, Todorov artıq bu komanda ilə müqavilə bağlayıb. Bolqarıstanın güclülər dəstəsində çıxış edən komanda çempionatın autsayderidi və son pillədə gedir.
Qeyd edək ki, Todorov 2007-ci ildə “Xəzər Lənkəran”a transfer olunmuşdu. 2007–2010-cu illər aralığında cənub klubunda 79 oyuna çıxsa da, o, ötən mövsüm komandadan uzaqlaşdırılmış və “Bakı”ya keçmək məcburiyyətində qalmışdı. Amma bu yay paytaxt klubu da bolqar müdafiəçidən imtina etmişdi.
