5 yanvar 2012 02:14
“Azərbaycan yığmasının azlıqda qalması bu oyunda həlledici rol oynadı”
Finlandiyanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Kimmo Lipponen Rusiyanın Sant-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnir çərçivəsində baş tutan Azərbaycan yığması ilə oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 7 cavabsız qolla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Hər dəfə buraya gələndə, turnirin miqyası və yüksək səviyyədə təşkili bizi heyran qoyur. Bu il turnirin formatı dəyişib. Məncə, turnir indi daha maraqlı xarakter alıb. İlk oyunumuza gəlincə, məncə hakim qırmızı vərəqə epizodunda bir qədər yersiz davrandı. Azərbaycan yığmasının azlıqda qalması bu oyunda həlledici rol oynadı".