5 yanvar 2012 14:24

Höccət Hacıyev: O oyunçu özünü reklam edir

“Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev azerisport.az saytına müsahibəsində komandanın qarşıdakı hazırlıq və transfer planlarından danışıb.
 
- Komandanın hazırlıq planları necədi?
- Artıq iki gün sonra komanda Bakıda bir araya gələcək. Yanvarın 15-nə kimi Bakıda və Lənkəranda hazırlaşmalı olacağıq. Ayın 16-da isə Antalyaya yola düşəcəyik və fevralın 2-dək orda olacağıq. Bu müddət ərzində beş yoldaşlıq oyunu keçirəcəyik. Artıq rəqiblərimizdən üçü məlumdu. Yanvarın 21-də Türkmənistan yığması, 24-də Albaniyanın “Teuta”, 29-da isə Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşacağıq.
 
- Bəs digər rəqiblər kimlər olacaq?
- Digər rəqiblərin axtarışı davam etdirilir. Uyğun və yaxşı rəqib tapmaq o qədər də asan deyil. Bunun üçün baş məşqçinin arzularını da nəzərə almaq lazımdı.
 
- Mirça Rednikin dövründə hər transfer pəncərəsi açılarkən heyətdə 50 faiz dəyişiklər olurdu. Bu dəfə necə olacaq?
- Bu dəfə xüsusi dəyişikliklər planlaşdırmırıq. Ola bilər 1-2 yeni oyunçu alınsı. Bir o qədərinin də getməsi mümkündü. İkinci məsələ ediləcək transferlərdən asılı olacaq. Amma təlim-məşq toplanışına hazırkı heyətlə yollanacağıq.
 
- Hansı mövqeləri gücləndirməyi planlaşdırırsız?
- Mərkəz xətti və müdafiənin cinahlarını gücləndirməyi düşünürük. Həmçinin yaxşı forvard tapmaq da pis olmazdı. Braziliyada və Afrika qitəsində axtarışlarımız davam edir.
 
- Bəs Rumıniyadan yeni transferlər olmayacaq?
- Rumıniya bazarından hələlik imtina etmişik.
 
- XL həqiqətən Serbiya yığmasının qapıçısı Vladimir Stoykoviçlə maraqlanır?
- Biz onunla nəinki danışıqlar aparmışıq, heç maraqlanmamışıq da. Son dövrlər bizim klub bəzi oyunçular üçün əsl reklam mənbəyinə çevrilib. Hansısa futbolçu öz qiymətini artırmaq istəyirsə, belə ucuz şayiələrə əl atır.
 
- Kamran Ağayev amili olmasaydı, bu xəbər o qədər də böyük rezonans doğurmazdı...
- Biz öz qapıçımızdan imtina etməyə hazırlaşmırıq. Ümumiyyətlə, bu mövqedə hansısa dəyişiklik etmək fikrimiz də yoxdu. Bütün qapıçılar komandada qalacaqlar.
 
- Stadionunuzda hansı dəyişikliklər etməyi planlaşdırırsız?
- Bu mövsüm qazonu dəyişəcəyik. Çünki 17 yaşlı qızlar arasında dünya çempionatının iki oyunu da bizim arenada keçiriləcək. Buna görə də qazon ideal vəziyyətdə olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.