5 yanvar 2012 03:00
“Millidə klub atmosferi yaratmaq istəyirəm”
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil bildirib ki, yeni komandasında daha çox gənc futbolçulara güvənəcək. Azerisport.az xəbər verir ki, britaniyalı mütəxəssis açıqlamasında bunları dilə gətirib:
“Biz öz futbolçularımızı inkişaf etdirməliyik. Onların Şimali İrlandiya yığmasında oynamaq həvəsini artırmalıyıq. Mən millidə klub atmosferi yaratmaq istəyirəm. Gənc futbolçuların milliyə cəlb olunmasına xüsusi önəm verəcəyəm. Onların gələcəkdə Şimali İrlandiya yığmasına daha çox fayda verməsinə nail olmaq istəyirəm”.

Qeyd edək ki, Şimali İrlandiya yığması Azərbaycan millisi ilə birgə DÇ-2014-ün seçm mərhələsində eyni qrupda yer alır.