5 yanvar 2012 15:38
AZAL-ın növbəti sınaqçı-rəqibi müəyyənləşdi
AZAL-ın qarşıdakı təlim-məşq toplanışı zamanı növbəti sınaqçı-rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” “Rəvan”la qarşılaşmağı qərara alıblar.
Matç yanvarın 27-də baş tutacaq. Özü də paytaxt klublarının görüşünün Yevlax şəhərində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ölkə xaricinə getməməyə qərar verən AZAL-ın digər rəqibi Gürcüstan klubu olacaq.
