5 yanvar 2012 16:03
İnterdən beynəlxalq turnirdə iki ardıcıl qələbə
Xəbər verdiyimiz kimi, “İnter”in U-10 komandası Andrey Likontsevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək məqsədilə Rusiyanın Boronej şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, turnir yanvarın 4-də başlayıb və ilk iki matçda “İnter” 100 faizlik nəticə əldə edib.
İlk qarşılaşmada Rövşən Babayevin yetirmələri Belorusun “Minsk” komandasına 5:0 hesabıyla qalib gəlib. İkinci oyundasa “İnter” yerli “Kristal”(Voronej) komandasını 2:0 hesabıyla məğlub edib.
Qeyd edək ki, “İnter”in növbəti rəqibləri “Fakel”(Voronej), “Lokomotiv”(Liski) və “Metallurq-Oskol”(St.Oskol) komandaları olacaq.
