5 yanvar 2012 16:28
Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq
Yanvarın 23-dən fevralın 5-ə qədər Almaniyanın Reqensburq şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, toplanış çərçivəsində yığmamızın 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Futbolçularımızın rəqibləri “Nürnberq” klubunun U-17 komandası və Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması olacaq.
