5 yanvar 2012 16:44
Fərid Quliyev ölkə xaricində çıxış edə bilər
Futbol üzrə Azərbaycan millisinə də dəvət alan hücumçus Fərid Quliyev “Neftçi” ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın forvardının karyerasını ölkədən kənarda davam etdirmək variantı var.
Onunla Türkiyə klubu maraqlanır. Belə ki, birinci liqada çıxış edən “Konyaspor” Fəridi heyətinə qatmağa hazırlaşır. Lakin hələlik Türkiyə klubundan bununla bağlı “Neftçi”yə rəsmi təklif gəlməyib.
