5 yanvar 2012 17:07
Branimir Subaşiç Bakıda resptoran açdı
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç Bakıda restoran açıb. Azerisport.az xəbər verir ki, onun bu restoranının adı “Balkan”dı.
“Bura tez-tez serbiyalı oyunçular gəlir. Onlar Bakıda yaşayırlar. Boyan Pavloviç, Saşa Stamenkoviç, Stevan Bates bura gəlir. Hərdən “Rabitə”nin baş məşqçisi Zoran Qayiç də təşrif buyurur” – deyə, Subaşiç Serbiya mətbuatına müsahibəsində məlumat verib.
O, Azərbaycanda futbolçularla bağlanan müqavilələrin dəyərindən də danışıb: “Burda oyunçularla kifayət qədər bahalı müqavilələr imzalanır. Bəzi oyunçularda bunun dəyəri hətta 2 milyon avroya çatır”.
