5 yanvar 2012 17:34
“Klub prezidenti ilə oyunçular arasında heç bir fikir ayrılığı yoxdu”
“Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov komandasının gələcək taleyi ilə bağlı fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində təcrübəli yarımmüdafiəçi öncə bunları söyləyib:
“Həli ki, hadisələrin necə inkişaf edəcəyini dəqiq bilmirik. Biz yanvarın 5-də bir araya gəlməliydik. Amma sonradan dedilər ki, gözləyin, özümüz xəbər verəcəyik. Fikrimcə, bütün komanda bu həftə toplaşar. Dəqiq heç nə məlum deyil. Buna görə də indi işlərin yaxşıya, yoxsa pisə doğru getdiyinə dair fikir söyləmək çətindi. Əgər komanda yaşasa, Premyer Liqada çıxışını davam etdirsə, Gəncəyə yollanacağıq, olmasa, özümüzə yeni iş yeri axtarmaq məcburiyyətində qalacağı”.

Sultanov “Kəpəz”in fəaliyyətini dayanrımasının əleyhinədi: “Çox istərdim ki, klub yaşasın. Gəncədə mütləq böyük futbol yaşamalıdı. Mənim üçün hər şeydən önəmli olan budu. Qalan bütün məsələləri rəhbərlik həll edir. Ümid edirəm ki, hər şey komandamızın lehinə həll olunacaq və çıxışımıza davam edəcəyik. Amma yenə deyirəm ki, hələ “Kəpəz”in taleyi qaranlıq olaraq qalmaqdadı”.
Yarımmüdafiəçinin sözünə görə, öncə bu xəbərə heç kim inanmaq istəmirmiş: “Öncə heç birimiz inanmırdıq. Amma sonradan dəqiqləşdirdik ki, “Kəpəz” fəaliyyətini dayandırır. Klub prezidenti Elmir Əliyevlə futbolçular arasında heç bir fikir ayrılığı yoxdu. Başqa cür ola da bilməz. Çünki bütün komanda üzvlərinin onunla əla münasibətləri var”.