5 yanvar 2012 18:01
Ukrayna və Türkiyə yığmaları Bakıya gəlir
Yanvarın 14-dən 16-dək Bakıda futzal üzrə beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq turnirə qatılacaq komandaların siyahısı də müəyyənləşib.
Belə ki, sözügedən turnirdə Azərbaycan millisi ilə yanaşı Ukrayna, Türkiyə və Özbəkistan yığmaları da mübarizə aparacaq.
Turnir dairəvi sistem üzrə keçiriləcək. Matçlar yavarın 14, 15 və 16-da İdman Sarayında baş tutacaq.
