5 yanvar 2012 19:05
Azərbaycan yığması Avropada 12-ci oldu
Çimərlik futbolu üzrə Azərbaycan yığması Avropa komandaları arasında açıqlanan yeni reytinq siyahısında 3 pillə irəliləyib. Azerisport.az xəbər verir ki, komandamız hazırda 210,5 xalla 12-ci pillədə qərarlaşıb.
Ötən il ərzində Azərbaycan millisi aktivinə 30 xal əlavə edə bilib. Bizdə öndə qərarlaşan komandalara gəlincə, birinci pillə Rusiyaya məxsusdu – 1263 xal. Növbəti yerlərin sahibləri isə aşağıdakı kimi sıralanıb: Portuqaliya (1120), İsveçrə (876), İspaniya (774), İtaliya (656,5), Rumıniya (478), Polşa (455), Fransa (427), Ukrayna (364), Macarıstan (296) və Türkiyə (282).
