5 yanvar 2012 20:49
Millimiz ikinci oyunda qələbə qazandı (YENİLƏNİB)
19 yaşadək futbolçulardan arasında təşkil olunan Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan turnirdə Azərbaycanın U-19 millisi də qüvvəsini sınayır.
Məlum olduğu kimi, turnirin ilk oyun günündə komandamız Finlandiya ilə üz-üzə gəlmişdi. Turnirin son qalibi ilə duel komandamız üçün rüsvayçı məğlubiyyətlə başa çatmışddı – 0:7.
Qrupumuzdakı digər rəqibimiz isə Sankt-Peterburq yığmasıydı ki, Vəli Qasımovun yetirmələri meydan sahibləri ilə bu gün görüşüb. Qrupdan ən azı ikinci yerlə çıxmaq üçün komandamız bu dəfə qələbə qazanmağa borcluydu. Futbolçularımız bu vəzifənin öhdəsindən çətinliklə də olsa, gələ biliblər.
Belə olan halda Azərbaycan millisi 5-8-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Beynəlxalq turnir
5 yanvar
Azərbaycan – Sankt-Peterburq - 2:1 (1:0)
45. Millimiz penaltidən hesabı açır - 1:0
62. Komandamız meydan sahiblərinin qapısından ikinci topu keçirir - 2:0
70. Meydan sahibləri hesab arasındakı fərqi azaldırlar - 2:1
Millimiz oyuna aşağıdakı heyətlə çıxıb: 12. Rəşad Əzizov, 2. Tural Hümbətov, 3. Azər Abbasov, 4. Elnur İsmayılov, 5. Samir Yusifov (k), 6. Fuad Bayramov, 7. Namiq Ələsgərov, 8. Ruslan Bədəlov, 9. Məqsəd İsayev, 11. Orxan Əliyev, 19. Azər Salahlı.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Elşən Abdullayev, 13. Samir Məsimov, 16. Ruslan Nəsirli, 17. Şamil Camaləddinov, 18. Əli Əliyev, 20. Tural Məmmədli.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Elşən Abdullayev, 13. Samir Məsimov, 16. Ruslan Nəsirli, 17. Şamil Camaləddinov, 18. Əli Əliyev, 20. Tural Məmmədli.
