5 yanvar 2012 11:26
Şimali İrlandiya millisi Bakıya gənclərlə gələcək
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil artıq yeni komandasında işə başlayıb. Azerisport.az xəbər verir ki, britaniyalı mütəxəssis bu münasibətlə jurnalistlərə verdiyi açıqlamasında gələcək planlarına toxunub:
“Biz öz futbolçularımızı inkişaf etdirməliyik. Onların Şimali İrlandiya yığmasında oynamaq həvəsini artırmalıyıq. Mən millidə klub atmosferi yaratmaq istəyirəm. Gənc futbolçuların milliyə cəlb olunmasına xüsusi önəm verəcəyəm. Onların gələcəkdə Şimali İrlandiya yığmasına daha çox fayda verməsinə nail olmaq istəyirəm”.
Qeyd edək ki, O`Nil bundan əvvəl İrlandiyanın “Shamrock Rovers” O, sözügedən klubu Avropa Liqasının qrup mərhələsinə çıxarmaqla özündən söz etdirməyi bacarmışdı. İndi o, eyni uğurları yığmada da qazanmaq istəyir və bu üzdən də millidə klub atmosferi yaratmaq, gələcək üçün yaxşı kadrlar yetişdirmək arzusunda olduğunu gizlətmir:
“Əgər biz ürəyimiz istəyən heyəti, komandanı qura bilsək, o zaman məlum hədəflərimizə çatmaqda da problem olmaz. Komandamızın heyətində gənclərdən və təcrübəli oyunçuların vəhdətindən yaxşı sintez yaratmağa çalışacağıq”.
“Əgər biz ürəyimiz istəyən heyəti, komandanı qura bilsək, o zaman məlum hədəflərimizə çatmaqda da problem olmaz. Komandamızın heyətində gənclərdən və təcrübəli oyunçuların vəhdətindən yaxşı sintez yaratmağa çalışacağıq”.
Şimali İrlandiya yığmasının baş məşqçisi problemlərdən də gileylənib. O, əsas çətinliklərindən biri kimi bu ölkədə anadan olan futbolçuların millidə çıxış etməkdə maraqlı olmamasını göstərib. Məsələ burasındadı ki, Şimali İrlandiya vətəndaşları İrlandiya yığmasında çıxış etməkdə daha çox maraqlı olurlar. O`Nil sözügedən məsələ ilə bağlı bunları bildirib:
“Çoxlu gənc futbolçularımız var ki, bu oyunun sirrlərini bizdə öyrəndiyi halda sonda seçimini İrlandiyanın lehinə edir. Hər halda onları da başa düşmək olar. Çünki belədə həmin oyunçular üçün daha böyük perspektiv yaranmış olur. Amma biz bu gedişatı dəyişmək üçün çalışmalıyıq. Yığmaya çoxlu gənc futbolçular cəlb etmək lazımdı. Xüsusilə də hələ İrlandiya millisini seçməmiş oyunçuları. Elə etməliyik ki, onlar bundan sonra Şimali İrlandiya yığmasında çıxış etməkdə daha çox perspektiv görsünlər”.
Qeyd edək ki, Şimali İrlandiya yığması Azərbaycan millisi ilə birgə DÇ-2014-ün seçm mərhələsində eyni qrupda yer alır. Bu qrupda həmçinin Portuqaliya, Rusiya, İsrail və Lüksemburq da mübarizə aparacaq.
