5 yanvar 2012 12:14
Bakı Slovakiya və Belarus klublarına qarşı
Qış tətilini başa vurmaqda olan "Bakı" hazırlıqlara paytaxtda start verəcək. Azerisport.az xəbər verir ki, bu gündən etibarən futbolçuların Bakıya qayıtması gözlənilir. Komanda ayin 9-da Antalyaya istiqamət götürəcək.
Ümumiyyətlə, "Bakı" hazırlıq mərhələsini 2 təlim-məşq toplanışı ilə davam etdirəcək. Təlimin ilk mərhələsi 9-20 yanvar tarixləri arasında Antalyada baş tutacaq. Bələkin Voyaj (Voyage) otelində məskunlaşacaq "Bakı"nın bu müddət ərzində 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulur. Yoldaşlıq oyunları 14 və 19 yanvar tarixlərinə planlaşdırılır. Bir neçə təklif mövcud olsa da, rəqiblərin kimliyi tam təsdiqlənməyib.
20 yanvar tarixində Bakıya qayıdacaq komanda 3 gün ərzində təmrinlərini kluba məxsus təlim-məşq bazasında davam etdirəcək. Ayın 23-də "Bakı" yenidən Türkiyəyə üz tutacaq. 23 yanvar-5 fevral tarixlərində Antalyanın Maks Royal (Max Royal) mehmanxanasında yerləşəcək komanda bu mərhələdə 4 yoxlama oyunu keçirəcək.
İlk 2 oyun müvafiq olaraq 26 və 29 yanvar günlərinə təsadüf edəcək. Növbəti sınaq oyunları 1 və 4 fevral tarixlərində oynanılacaq. Son iki qarşılaşmanın rəqibləri təsdiqlənib.
Komanda 1 fevral axşamı Belarusun "Dinamo" Minsk klubu ilə qarşılaşacaq. 4 fevral tarixində isə rəqibimiz Slovakiya yüksək liqa klubu "Koşitse" olacaq.
