5 yanvar 2012 12:50
Cüneyt Biçer XL üçün Malidə futbolçu axtarır
“Xəzər Lənkəran” Futbol Klubunun baş məşqçisi Cüneyt Biçer və komandanın rəisi Səməd Mustafayev Mali Respublikasının paytaxtı Bamako şəhərinə yollanıblar. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı yayıb.
Səfər müddətində müxtəlif Afrika ölkələrindən olan futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulub. Baş məşqçi və komandanın rəisi 10 yanvar tarixində Azərbaycana dönəcəklər.
Qeyd edək ki, bu səfərlə əlaqədar komandanın hazırlığının ilk mərhələsində bəzi dəyişikliklər edilmişdir. Belə ki, 6 yanvar tarixdə Bakıda toplanacaq futbolçularımız ayın 9-una kimi məşqlərini paytaxtda keçirəcəklər. Bir günlük fasilədən sonra isə 11 yanvarda komanda Lənkərana yollanacaq və burada hazırlıq prosesini davam etdirəcək.
