6 yanvar 2012 13:27
Neftçi dörd futbolçunu baxışa çağırdı
“Neftçi” heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, son ölkə çempionu dörd futbolçunu baxışdan keçirməyə hazırlaşır.
Həmin oyunçular komandanın düşərgəsinə Türkiyə toplanışı vaxtı qoşulacaqlar. Hələlik onların kimliyi barədə məlumat verilmir. Sadəcə o məlumdu ki, bunlar Qana, Serbiya və Seneqaldan olan yarımmüdafiəçilər, eləcə də Braziliyadan olan hücumçudu.
