6 yanvar 2012 13:43
Simurq da Türkiyəni seçdi
“Simurq”un da qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın digər əksər klubları kimi Zaqatala təmsilçisi də Türkiyəyə getməyə qərar verib.
Belə ki, bölgə təmsilçisi mövsümün qalan dövrünə Antalyada hazırlaşacaq. Komanda yanvarın 14-də qardaş ölkəyə yola düşəcək. Sergey Yuranın komandası ayın 31-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.
Bu müddət ərzində “Simurq” üç yoldaşlıq oyunu da keçirəcək. Lakin komandanın rəqibləri hələlik müəyyənləşməyib. Bunun üçün Rusiya və Ukrayna klubları ilə danışıqlar aparılır.
Bu müddət ərzində “Simurq” üç yoldaşlıq oyunu da keçirəcək. Lakin komandanın rəqibləri hələlik müəyyənləşməyib. Bunun üçün Rusiya və Ukrayna klubları ilə danışıqlar aparılır.
