6 yanvar 2012 14:01
Rauf Əliyev: Mən legioner həyatı yaşamaq istəyirəm
Futbol üzrə Azərbaycan millisinin, eləcə də “Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Türkiyənin Bank Asya birinci liqasında çıxış edən “Göztepe” və Almaniya klubuna keçəcəyinə dair xəbərlərə münasibətini açıqlayıb.
- Bu gün səhər sizin Türkiyənin “Göztepe” klubuna keçəcəyinizə dair çoxsaylı xəbərlər yayıldı. Hansı ki, kifayət qədər gözlənilməz oldu...
- İnanın ki, bu, elə mənim üçün də çox gözlənilməz oldu. Mən özüm də bu xəbərləri internetdən oxuyub bildim.
- Yəni bu, həqiqəti əks etdirmir?
- Menecerim mənə bildirib ki, iki Türkiyə klubundan təklif var. Amma adını deməyib. Heç özüm də o komandaların necə olduğunu bilmirəm. Həm də mən özüm heç kimlə danışıq aparmamışam.
- Menecerim mənə bildirib ki, iki Türkiyə klubundan təklif var. Amma adını deməyib. Heç özüm də o komandaların necə olduğunu bilmirəm. Həm də mən özüm heç kimlə danışıq aparmamışam.
- Türkiyə birinci liqasında oynamaq sizi qane edər?
- Türkiyə birinci liqası kifayət qədər güclü çempionatdı. Amma “Göztepe”yə gəlincə, bu komanda barədə ətraflı bilgim yoxdu. Bilmirəm klubun rəhbərliyi necədi, qarşılarında hansı hədəflər var? Heç onların turnir cədvəlində neçənci olduqlarını da bilmirəm.

- 13-cü pillədə qərarlaşıblar.
- Hə, o qədər də yaxşı göstərici deyil.
- Yəni, siz “Qarabağ”da qalacaqsız?
- Gizlətmirəm: mən legioner həyatı yaşamaq istəyirəm! Amma mənə daha çox klub rəhbərliyinin və baş məşqçi Qurban Qurbanovun fikri önəmlidi. Onların razılığı olmadan, mən heç yerə gedə bilmərəm.
- Meneceriniz bildirib ki, Bundesliqa klublarından da biri xidmətinizdə maraqlıdı...
- Bəli, bundan xəbərim var. Düzünü deyim ki, cəlbedici təklifdi. Özümü Almaniya çempionatında sınamaq istəyirəm. Komandanın yaxşı büdcəsi, oyunçuları, tanınmış məşçqisi var. Birinci Bundesliqa klubudu. Əminəm ki, orda oynaya bilərəm. Düzdü, əvvəllər psixoloji planda müəyyən çətinliklərlə üzləşməyim mümkündü. Amma bununla hansı futbolçu üzləşmir ki?