6 yanvar 2012 14:35
“Qarabağda ön xətti və yarımmüdafiəni gücləndirmək pis olmazdı”
“Qarabağ” hələ də istirahətdədi. Azerisport.az xəbər verir ki, yanvarın 10-da yığışacaq komanda ayın 14-nə kimi Bakıda çalışacaq.
Bu arada “Qarabağ”ın əfsanəvi futbolçularından biri, hazırda məşqçi kimi çalışan Müşviq Hüseynov komandanın son durmunu dəyərləndirib:
“Hazırda 4-cü yerdə qərarlaşmağı müzakirə etmək yox, mövcud durumdan nəticə çıxarmaq vacibdi. Biz öz işimizi görürük. Ötən mövsümlə müqayisə etsək hələ heç nəyin itmədiyini görərik. Keçən qışa qədər 3 oyun qalmışdısa indi 4 matçımız var. Ona görə də gələcəyə ümidlə baxırıq. Gözlənilməz nəticələrə gəlincə, bunu konkret nəyləsə əlaqələndirmək düzgün olmazdı. Bəlkə də “Qarabağ”ın son zamanlar qazandığı xüsusi nüfuz rəqibləri əlavə motivasiya edir. Amma bu il bizim əsas problemimiz ev oyunlarından yaxşı yararlana bilməməyimiz oldu. 5 məğlubiyyətin 4-nü doğma divarlar arasında almışıq. Səfərdə cəmi 1 dəfə uduzmuşuq ki, onda da “Neftçi”ni 2:0 udarkən məğlub olmuşuq. Məncə doğma arenada nəticələrimizi yaxşılaşdırsaq, daha yuxarı pillələrdə qərarlaşa bilərik. Təbii ki, futbolçularımızın davamlı oynaması onları yorub. Amma bunu bəhanə kimi istifadə etmək niyyətindən uzağıq. Yeni futbolçulara gəlincə, hər halda heyətin geniş olması seçim imkanını çoxaldır. Ən az qol buraxan 2-ci komandayıq. Son oyunlarda ümumiyyətlə qol buraxmamışıq. Ona görə də yarımmüdafiə və ön xətti gücləndirsək pis olmaz”.
