6 yanvar 2012 15:11
AFFA-dan Bakı üçün Türkiyə toplanışı
Məlum olduğu kimi, AFFA-nın təşkil etdiyi U-15 Liqanın əsasnaməsinə uyğun olaraq, qalib komandaya assosiasiyanın köməkliyi ilə xarici ölkələrdən birində bir həftəlik təlim-məşq toplanışı keçirməyə şərait yaradılır. Azerisport.az xəbər verir ki, buna uyğun olaraq 2010-2011-ci il mövsümündə U-15 Liqanın qalibi olmuş "Bakı"nın U-15 komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndəriləcək.
Toplanış 2012-ci il yanvarın 8-dən 18-ə qədər olan müddətdə keçiriləcək. Toplanışın 7 günü AFFA-nın, 4 günü klubun hesabına reallaşdırılacaq.
