6 yanvar 2012 15:32
Karvan hazırlıq planını müəyyənləşdirdi
Futbol üzrə Azərbaycan birinci divizionunda yaranmış qış fasiləsi ilə əlaqədar olaraq istirahətə buraxılmış “Karvan” komandası yanvarın 10-da Yevlaxda toplanacaq. Azerisport.az xəbər verir ki, bu barədə açıqlamasında komandanın baş məşqçisi Zakir Mahmudov bunları bildirib:
“İki həftə Yevlaxda yalnız məşq edəcəyik. 23-25 yanvar tarixlərindən etibarən isə yoldaşlıq görüşləri keçirməyi planlaşdırırıq. Hələlik hansı komandalar ilə qarşılaşacağımız bəlli olmasa da, 3-4 yoxlama oyunu keçirməyi düşünürük”. (PFL)
