6 yanvar 2012 15:48
Sumqayıt Uğur Pamukla rəsmi müqavilə imzaladı (FOTO)
“Sumqayıt” Futbol Klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Almaniyanın “TUS Dornberq” klubunda forma geyinmiş, Azərbaycan əsilli Uğur Pamuk komandayla 1,5 illik müqaviləyə imza atıb.
Nəzərinizə çatdıraq ki, 22 yaşlı Uğur “TUS Dornberq” klubunun heyətində cari mövsümdə 16 qarşılaşmada rəqib qapılarından 1 top keçirib.
