6 yanvar 2012 16:04
Mourinyo və Ronaldo Qızıl Top mükafatını boykot etdi
İspaniyanın “Real” klubunun portuqaliyalı oyunçusu Ronaldo ilə bu komandanın baş məşqçisi Joze Mourinyo “Qızıl top” mükafatının təqdimolunma mərasiminə qatılmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, onlar yanvarın 9-da keçirilməsi planlaşdırılan tədbirdə iştirak etmək fikrində deyillər.
Onlar İsveçrədə təşkil olunacaq bu tədbirə qatılmamalarını İspaniya kuboku çərçivəsində keçirəcəkləri “Malaga” ilə oyuna daha yaxşı hazırlaşmaları ilə izah ediblər. Qeyd edək ki, sözügedən oyun yanvarın 11-də keçiriləcək.
Qeyd edək ki, həm Ronaldo, həm də Mourinyo ən yaxşı adına əsas namizədlərdəndi.
