6 yanvar 2012 16:44
Türkiyə – Azərbaycan matçının vaxtı açıqlandı
Xəbər verdiyimiz kimi, 2012-ci il yanvarın 14-dən 16-a qədər Bakı şəhərində V Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Ukrayna, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaq.
Artıq turnirin təqvimi də müəyyənləşib. Onu diqqətinizə çatdırırıq:
14 yanvar
Saat 17:00. Ukrayna – Türkiyə
Saat 19:15. Azərbaycan – Özbəkistan
15 yanvar
Saat 17:00. Türkiyə - Özbəkistan
Saat 19:15. Azərbaycan- Ukrayna
16 yanvar
Saat 17:00. Özbəkistan – Ukrayna
Saat 19:15. Türkiyə – Azərbaycan
Qeyd edək ki, bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.
