6 yanvar 2012 17:21

Böyükağa Hacıyev: Yerli bazardan oyunçu almayacağıq

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan və qarşıdakı planlarından danışıb.
 
- “Neftçi”nin Türkiyə toplanışı ilə bağlı hansı planları var?
- Yanvarın 11-də Antalyaya yollanacağıq. Orda ayın 27-nə kimi hazırlıq keçəcəyik. Daha sonra komanda Belekdə olacaq. Orda da mini-turnirdə iştirak edəcəyik. Səkkiz komanda qüvvəsini sınayacaq. “Neftçi”dən başqa “Terek”, Moskva CSKA-sı, Xarkov “Metallist”i və digər klublar da olacaq. Əgər finala çıxa bilsək, fevralın 3-də də oyun keçirəcəyik.
 
- Neçə oyunçu almağı planlaşdırırsız?
- Biz yarımmüdafiəçi və hücumçu axtarırıq. Türkiyədə bizə dörd oyunçu qoşulacaq. Onların arasında Qana, Serbiya və Seneqaldan olan yarımmüdafiəçilər, eləcə də braziliyalı hücumçu var. Yerli bazardan heç kimi almağa hazırlaşmırıq. Ən yaxşıların hamısının klublarıyla müqavilələri var.
 
- “Konyaspor”un Fərid Quliyevə elçi düşməsindən xəbərdarsız?
- Mən komandaya gələndə, o, əvəzedici heyətlə məşq edirdi. İndi Quliyev əsas heyətin oyunçularından birinə çevrilib. “Konyaspor” həqiqətən Fəridi almaq istəyir. Amma “Neftçi”yə hələ rəsmi təklif ünvanlanmayıb.
 
- Əgər gəlsə?
- Buraxacağıq. Biz futbolçularımızın xarici klublarda möhkəmlənməsində, legioner həyatı yaşamasında maraqlıyıq.
 
- Emil Mpenza Belçika mətbuatına müsahibəsində bildirib ki, onun ehtiyat oyunçular skamyasında oturmasında əsas səbəbkar sizsiz, baş məşqçiyə görə özünü göstərə bilmir...
- Biz ondan imtina etməmişik. Sadəcə, özünə klub tapmağı məsləhət görmüşük. Əgər özünə yeni iş yeri tapa bilməsə, müqaviləsinin müddəti bitənə kimi klubda qalacaq. Mənə gəlincə, bir baş məşqçi kimi meydana həmişə ən yaxşıları çıxarmağa məcburam. Mpenza isə həmişə oyundaşları ilə müqayisədə bunu daha az haqq edirdi.
 
- Legioner limiti hazırda əsas müzakirə mövzusudu. Bunu siz necə qiymətləndirərdiz?
- Mən legioner limitinin “5+2” olmasını istərdim. Beş legioner meydanda, qalan ikisi də ehtiyatda. Bu, yerli futbolçuların öz klublarında əsas heyətə düşməsinə daha çox yardımçı olardı. Fikrimcə, ən yaxşı variantlardan biri məhz belədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.