6 yanvar 2012 00:08
Millimizin baş məşqçisi təqvimdən şikayətləndi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Sankt-Peterburq yığmaları arasında keçirilmiş oyundan sonra millimizin baş məşqçisi Vəli Qasımov matçla bağlı fikirlərini səsləndirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 2:1 hesablı qələbəsini belə şərh edib:
“Qalib gəlsək də, çətin oyun oldu. Komandalar bərabər səviyyədə çıxış etdilər. Təqvimin əlverişsiz olduğunu da qeyd etməliyəm. İki gün ərzində iki oyun keçirmək çox çətindi. Fasilədən sonra futbolçuların yorğunluğu öz sözünü deyirdi. Vəziyyətdən çıxmaq üçün daha çox əvəzetməyə əl atmalı olduq. Bununla belə, qələbə qazandıq. Komandamızı təbrik edirəm”.
