6 yanvar 2012 12:25
Neftçinin sabiq baş məşqçisi Premyer Liqa klubu ilə anlaşdı
“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demynanko özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Ukrayna Premyer Liqasında uğur qazanmağa çalışacaq.
Belə ki, təcrübəli mütəxəssis “Volın”la anlaşıb. Tərəflərin ən yaxın günlərdə rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Demyanenko “Neftçi”ni 2008-ci ildə çalışdırırdı. Bu mütəxəssisin son iş yeri isə 2010-ci ildə çalışdığı Özbəkistan “Nasaf”ı olub.
