6 yanvar 2012 00:26
“Azərbaycan millisiylə müqayisədə 1 dəfə artıq səhv etdik”
19 yaşadək futbolçulardan arasında təşkil olunan Valentin Qranatkinin xatirə turniri çərçivəsində baş tutan Azərbaycan millisi ilə Sankt-Peterburq yığması arasındakı oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Vladimir Kazaçenok matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bütün oyun ərzində eyni səviyyədə oynaya bilmədik. Gah yaxşı, gah da pis oynadıq. Amma bəzi məqamlarda həddindən artıq pis təsir bağışladıq. Oyunun xarakteri elə idi ki, daha çox səhvə yol verən məğlub olmalıydı. Biz rəqibmizlə müqayisədə 1 dəfə artıq səhv etdik. Ən böyük çatışmazlığımız tez-tez top itkisinə yol verməyimiz idi”.