6 yanvar 2012 00:32
Sumqayıt daha bir oyunçusu ilə yollarını ayırdı
“Sumqayıt” Futbol Klubu Premyer Liqanın ikinci dövrəsinin hazırlıq mərhələsinə start verib. Azerisport.az xəbər verir ki, yeni transferlərlə yanaşı bu komandadan ayrılan futbolçuların da adı açıqlanmaqdadı.
Rəşad Kərimovun ardından müdafiəçi Ramil Nuriyevlə də müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. “Sumqayıt” Futbol Klubu 22 yaşlı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, bu iki futbolçunun əvəzində sumqayıtlılar artıq “Neftçi”dən Tərlan Quliyevi icarəyə götürdüyü halda, Uğur Pamuku da heyətinə qatıb.
