6 yanvar 2012 12:42
Qarabağ Rauf Əliyevi buraxmayacaq
“Qarabağ” rəhbərliyi millimizin də şərəfini qoruyan hücumçusu Rauf Əliyevi Türkiyə klubuna verməyəcək. Azerisport.az saytına klubdan verilən məlumata görə, futbolçumuzun “Göztepe”yə transferinə icazə verilməyəcək.
İmtinanın səbəbi kimi isə “Göztepe”nin millimizin üzvünün ambisiyalarına uyğun olmaması göstərilir. Bu üzdən Türkiyə klubu hətta rəsmi təklif də ünvanlasa, “Qarabağ” rəhbərliyi bunu qəbul etməyəcək.
