7 yanvar 2012 13:01
Amit Quluzadədən iki məhsuldar ötürmə
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Amit Quluzadə Türkiyənin “Erciyesspor” klubunun heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Belçika “Eupen”i ilə sınaq matçında üz-üzə gəlib.
Qarşılaşma belçikalıların 5:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yarımmüdafiəçisi bir hissə meydanda olub. O, komandasının hər iki qolunun ötürməsini verməklə diqqət mərkəzinə düşüb.
