7 yanvar 2012 14:51
Türkiyənin Bakıya gələcək heyəti açıqlandı
Xəbər verdiyimiz kimi, 2012-ci il yanvarın 14-dən 16-a qədər Bakı şəhərində V Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Ukrayna, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaq.
Artıq Türkiyə millisinin Bakıya gələcək heyəti məlumdu: Hüseyin Ateş, Cihan Özcan, Kahan Özcan, Hüseyin Yıldız, Mustafa Huyuk, Altan Aksoy, Kenan Köşeoğlu, Yener Kılıç, Yasin Erdal, Mahmut Akbaş, Cem Keskin, Burak İşıkay, Şaban Maral, Sami Böyüktopaç.
