7 yanvar 2012 19:27
Qəbələ Yannik Kamanan transferini bitirdi
Qış fasiləsində hücumçu Serje Cehua ilə yollarını ayıran “Qəbələ” hücum xəttini gücləndirib. Azerisport.az xəbər verir ki, Türkiyə Superliqası klublarından "Mersin İdman Yurdu"nda çıxış edən Yannik Kamananla 2,5 illlik müqavilə imzalanıb.
Afrika əsilli fransız futbolçu İstanbulda tibbi müayinədən keçib. 30 yaşlı hücumçu dekabrın 11-da Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaq və komanda ilə birlikdə məşqlərə başlayacaq.
