7 yanvar 2012 19:43
Finlandiya Azərbaycanı qrup sonuncusu etdi
Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə qrup mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayan Azərbaycanın U-19 yığması üçün də vacib əhəmiyyət daşıyan oyunda Finlandiya və Sankt-Peterburq yığmaları qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Ruslar bu turnirin son qalibini 2 cavabsız qolla yeniblər.
Qeyd edək ki, bu görüşdə finlərin qələbə qazanması və ya heç-heçə etməsi Azərbaycan millisinin 5-8-ci yerlər uğrunda mübarizə aparmasına şərait yaradacaqdı. Lakin Finlandiya məğlub olmaqla yığmamızın 9-12-ci yerlər uğrunda mübarizə aparmasına səbəb olub.
Vəli Qasımovun yetirmələrinin ilk turda Finlandiyaya uduzduğu halda (0:7), ikinci turda Sankt-Peterburqa qalib gəldiyini (2:1) də qeyd edək.
