7 yanvar 2012 21:10
Araz da Panioniosu xilas edə bilmədi (YENİLƏNİB)
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” səfərdə “Erqotelis”lə qarşılaşıb.
Qeyd edək ki, “Erqotelis” 18 xalla 8-ci, “Panionios” 16 xalla 9-cu yerdə gedirdi. Yəni həmyerlimizin komandası bu çətin səfər matçında qələbə qazana bilsə, ən azı bu rəqibini arxada qoymuş olacaqdı. Lakin qarşılaşmanın ilk yarısında vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.
Xatırladaq ki, Araz ötən həftə keçirilən “Asteras”la ev oyununda (2:0) uğurlu debütlə yadda qalmışdı. Onun bu günkü oyunda da iştirak edəcəyi gözlənilirdi. Baş məşqçi onu start heyətində meydana buraxmasa da, 43-cü dəqiqədə Dimitros Kolovasla əvəzləyib. Amma Abdullayev də komandasına kömək edə bilməyib.
Yunanıstan Superliqası
16-cı tur
7 yanvar
Erqotelis - Panionios - 1:0 (1:0)
Qol: Leal, 15-pen.
