7 yanvar 2012 00:09
Emin Mahmudov Rusiya yığmasına çağırıldı
Rusiyanın “Spartak” (Moskva) klubunun yarımmüdafiəçisi Emun Mahmudov sözügedən ölkənin gənclərdən ibarət yığmasına çağırılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan əsilli rusiyalı oyunçu Rusiyanın gənclərdən ibarət yığmasının da qatılacağı Birlik kubokunda iştirak etmək hüququ qazanıb.
Sözügedən turnir yanvarın 19-dan 29-dək Moskvada keçiriləcək. Bu fürsətdən yararlanan ruslar həmyerlimizi də sözügedən turnirdə sınaqdan çıxarmağa qərar veriblər.
Qeyd edək ki, Mahmudova AFFA tərəfindən də rəsmi təklif göndərilib. Lakin o, hələlik yekun qərarını verməyib.
Mahmudovdan öncə ötən il Aleksandr Səmədov da Rusiyanın əsas yığmasına dəvət almaqla Azərbaycan millisindən gələn təklifləri geri çevirmişdi.
