7 yanvar 2012 00:18
İnter finalda məğlub oldu
Yanvarın 4-dən 6-dək Rusiyanın Voronej şəhərində uşaqlar arasında Andrey Likontsevin xatirəsinə həsr olunmuş futbol turnirinin keçirilməsi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, turnirə qatılan “İnter”in U-10 komandası ilk iki turda maksimum nəticə əldə edərək 6 xalla qrupun liderinə çevrilmişdi.
İkinci oyun günündə daha iki görüş keçirilib və Rövşən Babayevin yetirmələri “Metallurq-Oskol” (St.Oskol) komandasına 2:1 hesabıyla qalib gəlib, “Fakel”(Voronej) komandasıyla sülh bağlayıb - 1:1. Son turda “İnter” Liski şəhərinin “Lokomotiv” komandasıyla qarşılaşın və komandamız 3:1 hesabıyla rəqibini məğlub edərək 1-ci yer uğrunda mübarizə aparmaq hüququnu qazanın.
Ötən gün baş tutan final matçında isə “İnter” Belqorodun “Salyut” komandasıyla qarşılaşıb. Oyun final matçına layiq dramatik mübarizə şəraitində keçib. Rövşən Babayevin yetirmələri hesabı açmağa müvəffəq olublar. Lakin komandamız üstünlüyü saxlaya bilməyib və iki qol vurmaqla “Salyut” komandası turnirin qalibi olub. “İnter” isə turniri 2-ci yerlə başa vurub.
