7 yanvar 2012 00:26
Luçesku avtomobil qəzasına düşdü (FOTO)
Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku avtomobil qəzasına düşüb. Azerisport.az xəbər verir ki, 66 yaşlı mütəxəssisin idarə etdiyi “KİA Sorento” markalı avtomobil Rumıniyanın paytaxtı Buxarest küçələrindən birində qarşıdan gələn tramvayla toqquşub.
Zərbənin təsirindən Luçeskunun avtomobili yol kənarına sıçrayaraq daha bir avtomobilə dəyib. Hadisə zamanı baş məşqçinin yanında həyat yoldaşı da olub. O, döş qəfəsindən zədələrlə xəstəxanaya çatdırılıb. 66 yaşlı mütəxəssisin 4 qabırğasının sındığı, lakin həyatı üçün ciddi təhlükə olmadığı müəyyənləşib.
Qəza zamanı daha 1 şəxs yaralanıb. Mirça Luçeskunun avtomobilinə isə ciddi zərər dəyib.
