7 yanvar 2012 00:31
Bakı Hollandiya klubu ilə qarşılaşa bilər
“Bakı” Hollandiyanın adlı-sanlı klublarından biri ilə yoldaşlıq oyunu keçirə bilər. Azerisport.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu “AZ Alkmaar”la qarşılaşacaq.
Oyun yanvarın 14-də Antalyada baş tutacaq. “Alkmaar” bundan əvvəl Almaniyanın “Verder” “Vehen Viesbaden” (III Bundesliqa) klubları ilə qarşılaşacaq.
