7 yanvar 2012 12:37

Ramiz Məmmədov: Millidə işləməyə hazıram

“Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Siz Azərbaycan millisində Berti Foqtsun köməkçisi olmaq istərdinizmi?
- Niyə də yox? Mən həmişə Azərbaycan futbolunun inkişafına töhfə verməyə hazıram. Yığmada çalışmaq isə istənilən məşqçi üçün böyük şərəfdi. Mən çox şadam ki, milliyə namizədlər arasında mənim də adım var.
 
- Bu, o deməkdi ki, siz arabir Foqtsun ünvanına səsləndirdiyiniz tənqidlərdən imtina edirsiz?
- Xeyr. Amma məşqçini həmişə tənqid etmək olmaz. AFFA onu saxlamağa qərar verdi. Bu, o deməkdi ki, hamımız birgə çalışmalıyıq.
 
- Yığma komandamızdan 2012-ci ildə nə gözləyirsiz?
- Əgər rəsmi matçlardan danışırıqsa, mən yığmamızdan bütün rəqiblərinə qarşı layiqli mübarizə gözləyirəm. Bu, təkcə 2012-ci ilin oyunlarına yox, DÇ-2014-ün seçmə mərhələsinin bütün matçlarına aiddi. Aydın məsələdi ki, Portuqaliya və Rusiya ilə oyunlarda şansımız yoxdu. Amma İsrail, Şimali İrlandiya və Lüksemburqla həm evdə, həm də səfərdə oynamaq olar. Əsas odu ki, məğlubiyyətdən qorxmayasan.
 
- Millinin qarşısına hansı hədəfi qoymaq lazımdı?
- Biz dünya çempionatına vəsiqə qazana bilmərik. Amma mümkün qədər üst pillələrdə qərarlaşa bilərik.
 
- Bu yaxınlarda Foqts bildirib ki, Azərbaycan yığması onun son iş yeridi...
- Mənim fikrimcə, onun son işi olub-olmamasından asılı olmayaraq, Foqts hər bir peşəkar məşqçi kimi maksimuma nail olmağa çalışacaq. Amma əgər o daha heç bir yerdə çalışmayacağını deyibsə, deməli elə olar.
 
- Sizcə, Vaqif Cavadov yığmaya qayıtmalıdı?
- Bilirsiz, Foqts demək olar ki, artıq azərbaycanlıdı. O, bizim bütün bayramlarımızı tanıyır. O, həmçinin yerli mentaliteti də tanıyır. Mən Vaqifi bağışlamamaq üçün səbəb görmürəm. Özü də bunu veteranlar xahiş edirlər.
 
- Amma alman deyib ki, daha bu barədə eşitmək də istəmir...
- Vaqif həqiqətən səhvə yol vermişdi, günahkardı. Amma onun bu səhvi aradan qaldırmaq üçün şansı var. O, öz səhvini düzəltməyə çalışmalıdı.
 
- Legioner limiti ilə bağlı nə düşünürsüz?
- Mən Elxan Məmmədovun bu barədə fikirlərini oxumuşdum. Legioner limitini həqiqətən aşağı salmaq lazımdı. Limiti yeddiyə endirməklə yanaşı klubların qarşısına belə bir tələb də qoymaq lazımdı ki, meydana ən azı bir gənc futbolçu buraxsınlar. Bu, onların öz üzərində daha çox işləməsinə, inkişaf etməsinə şərait yarada bilər.
 
- Yenidən “Qəbələ”yə qayıtmaq haqda düşünmürsüz?
- Orda indi Fatih Kavlak çalışır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.