8 yanvar 2012 00:36
Azərbaycan yığması Litvaya rəqib oldu
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qarşılaşacağı növbəti komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, mübarizə apardığı A qrupunda 3-cü yeri tutan komandamız, B qrupunda müvafiq pillədə qərarlaşmış Litva yığması ilə 9-12-ci yerlər uğrunda oyunda qarşılaşacaq.
Bu gün - yanvarın 8-də, Sankt-Peterburq şəhərindəki “Zenit” İdman Oyunları Sarayında keçiriləcək oyun saat 16:30-da başlayacaq.
