8 yanvar 2012 01:41
Bakının Hollandiya klubu ilə oynayacağı dəqiqləşdi
Yanvar ayının 9-da Antalyaya yola düşəcək "Bakı" ilk yoldaşlıq oyununu ayın 14-də keçirəcək. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın ilk yoxlama qarşılaşmasında rəqibinin Hollandiya çempionatının lideri "AZ Almaar" klubu olacağı dəqiqləşib.
Qış fasiləsinə ilk pillədə yollanan "AZ Alkmaar" 17 turdan sonra 38 xalla Hollandiya çempionatının vahid lideridi. 17 turdan sonra 12 qələbə qazanan "AZ Alkmaar" rəqib qapılarına 36 qol vurub, öz qapısından 15 buraxıb.
Cari mövsüm inamlı təsir bağışlayan bu komanda ilk dövrə oyunlarında "PSV Eydhoven" və "Feyenoord" kimi əzəli rəqiblərinə qalib gəlməyi bacarıb. 1967-ci ildə yaranan və AZ-67 kimi məşhurlaşan klub 1981 və 2009-cu illərdə Hollandiya çempionu titulunu qazanıb. 1978, 81, 82-ci illərdə 3 dəfə Niderland kubokuna yiyələnib.
AZ 1981-ci ildə UEFA kubokunun (hazırda Avropa Liqası) finalına yüksəlib. 2005-ci ildə həmin kubokun yarımfinalında oynayb.
