8 yanvar 2012 19:00

Azərbaycan Litvaya penaltilərlə uduzdu (YENİLƏNİB)

Futbol üzrə Azərbaycanın U-19 millisi Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, mübarizə apardığı A qrupunda 3-cü yeri tutan komandamız, B qrupunda müvafiq pillədə qərarlaşmış Litva yığması ilə 9-12-ci yerlər uğrunda oyunda qarşılaşıb.
 
Qeyd edək ki, millimiz qrup mərhələsindəki ilk oyununda Finlandiyaya 0:7 hesabıyla məğlub olmuşdu. İkinci oyunda Sankt-Peterburq üzərində qələbə qazanmasına (2:1) baxmayaraq, yığmamız qrupda sonuncu pilləni tutmuşdu.
 
Sankt-Peterburq şəhərindəki “Zenit” İdman Oyunları Sarayında keçirilən oyun komandamız üçün yaxşı başlayıb. Lakin ikinci hissənin əvvəlində hesabı açan komandamız tezliklə bu üstünlüyünü əldən verib. Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmadığından penaltilər seriyasına ehtiyac duyulub. Lotoreyada gülən tərəf Litva millisi olub.
 
Onu da qeyd edək ki, bu cütün qalibini həlledici oyunda Latviya üzərində 4:0 hesablı qələbəyə sevinən Yunanıstan millisi gözləyirdi. Beləcə, Litva yunanlarla qarşılaşacağı halda, Azərbaycan millisi də Latviya ilə 11-12-ci yerlər uğrunda görüş keçirəcək.
 
Beynəlxalq turnir
8 yanvar
 
Azərbaycan - Litva - 1:1 (penaltilərlə - 5:6)
 
49. Millimiz hesabda önə keçir
56. Litvalılar cavab qolunu vururlar
69. Yığmamızın futbolçusu qırmızı vərəqə aldığı üçün komandamız azlıqda qalır
 
Millimizin meydana aşağıdakı heyətlə çıxdığını da qeyd edək: 12. Rəşad Əzizov, 4. Elnur İsmayılov, 5. Samir Yusifov (k), 6. Fuad Bayramov, 7. Namiq Ələsgərov, 8. Ruslan Bədəlov, 17. Şamil Camaləddinov, 11. Orxan Əliyev, 16. Ruslan Nəsirli, 15. Musayev Murad, 19. Azər Salahlı.
Ehtiyat oyunçular: 1. Tofiq Şəfiyev, 2. Tural Hümbətov, 3. Azər Abbasov, 20. Tural Məmmədli, 9. Məqsəd İsayev, 13. Samir Məsimov, 10. Elşən Abdullayev

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.