8 yanvar 2012 12:17
Azərbaycan millisinin qapıçısı Rusiya klubunda
Futzal üzrə Azərbaycan yığmasının və “Araz”ın qapıçısı Andrey Tveryankin bundan sonrakı karyerasını Rusiyada davam etdirəcək. Azerisport.az xəbər verir ki, təcrübəli qolkiper bu ölkənin KPRF (Moskva) klubuna keçib.
Bu barədə məlumatı paytaxt təmsilçisinin baş məşqçisi Mixail Markin də təsdiqləyib: “Biz komandanı gücləndirmək yönündə lazımi işləri həyata keçirməyə çalışırıq. Ardıq qapıçı Andrey Tveryankinlə müqavilə bağlamışıq. Meydan oyunçularına gəlincə, onların transfer çalışmaları hələ də davam edir və bu üzdən ad açıqlamaq istəmirəm”.
