8 yanvar 2012 12:56
“Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı”
Son günlər ölkə futbol cəmiyyətini maraqlandıran ən mühüm mövzulardan biri də Gəncədə futbolun yaşayıb-yaşamamasıdı. Azerisport.az xəbər verir ki, Azərbaycan futboluna bəxş etdiyi ulduzlarla ölkə futbolumuzun “məkkə”si adını qazanan bu bölgədə futbolun dağılması isə Azərbaycanda tayı-bərabəri olmayan “Kəpəz” azarkeşlərinə hörmətsizlikdən başqa heç cür adlandırmaq olmazdı.
Çünki dünyada analoqu olmayan Azərbaycan futbolunun daha bir səhnə arxası süjetləri açıqlandı, bu süjetlərin əsas rollarında isə… Kəpəz PFK oldu. Dəqiqliyi ilə desək “Kəpəz”də baş verən hadisələr. Bugün səbəbi hamı Mirbağır İsayevin iş prinsipləri ilə klub rəhbərliyinin “tapşırıq” mexanizminin üst-üstə düşməməsində görür. Səbəbkarı isə komandamızın gənc qapıçısı Tural Abbaszadə oldu. Klub rəhbərliyi nə qədər də bunu təkzib eləsə, artıq gec idi. Sadəcə yəgin ki, rəhbər şəxslər komandanın başına Mirbağır bəyi gətirəndə fikirləşməzdilər ki, verdikləri qəpik-quruşla onun ağzını susduracaqlar. Çox güman ki, bilsəydilər gətirməzdilər. Nə isə…
Bu hadisələrin baş verməsi ilə komandada qeyri-peşəkar iş prinsiplərinin qurulması daha da dəqiqləşdi. Bu rəhbərlik tərəfindən qurulan ilk belə qeyri-peşəkar hərəkət deyildi. Buna kimi baş verən bəzi məqamlara toxunmaq istərdik. İnandırıcı görsənməsə də, hələ o vaxtı “Gəncə” adlanan komandanın birinci diviziyonda qalib gələrək qazandığı medallar rəhbərliyin otağındakı seyfdə qalır, və yaxud ölkə çempionatının oyunlarında azarkeşlərin pankrat açmasına qadağa qoyması üçün DİN işçilərinə müraciət etməsini peşəkar sayırsız? Hələ o AFFA-dan birinci yerin qalibinə ayırılan 100 min AZN-in demirik.
Sonu isə hərkəsə məlumdur. Tapşırıqla komandada oyunçu saxlamaq istəyən prezident biyabır oldu. “Ayıbına kor olmağ”ı bacarmayan prezident isə bütün diqqəti özündən yayındırmaq fikri ilə müsahibələrində günahı onun-bunun boynuna atmaqla bir daha qeyri-peşəkarlığını təsdiq etdi. Görəsən Elmir bəyin xəbəri var mı ki, komanda “Kəpəz” adlanandan bəri hələ də internet səhifəsinə malik deyil? Budur mu, peşəkar futbol klubunda qurulan peşəkar iş?
Hərkəs gəlib-gedər, lakin “Kəpəz azarkeş ordusu” hər zaman qalacaqdır. Azarkeşlik etmək bizim gəncəli kimi borcumuzdur, lakin bu sizə hüquq vermir ki, bizim əməyimizi tapdalayasız. Gəlin sadəlövh olmayaq və özümüzə bir sual verək: “Komandamızda hər şey yaxşı olsaydı və peşəkarlıqla qurulsaydı biz – gəncəli azarkeşlər kiməsə narazılığımızı bildirərik mi? Atalar demişkən “Kor-kor, gör-gör”... (Xəmsə)
