9 yanvar 2012 13:24
Anji Vaqif Sadıqova kompensasiya ödəyəcək
Rusiyanın “Anji” klubu futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqova kompensasiya ödəyəcək. Azerisport.az saytına bu barədə təcrübəli mütəxəssisi özü xəbər verib.
Belə ki, Mahaçqala klubunun yeni baş məşqçisi Yuri Krasnojan onunla birgə çalışmaq istəməyib. Bunun əvəzində isə həmyerlimizə kompensasiya ödənilməsində problem olmayacağını dilə gətirib.
Qeyd edək ki, Sadıqovun “Anji” ilə müqaviləsi bu mövsümün sonuna kimi idi.
